...

Baş Polis İdarəsi: Mitinqdə asayişin və hüquq qaydasının kobud şəkildə pozulması qeydə alınmayıb

Cəmiyyət Materials 18 Sentyabr 2016 17:24 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat" -ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb
Baş Polis İdarəsi: Mitinqdə asayişin və hüquq qaydasının kobud şəkildə pozulması qeydə alınmayıb

Bakı. Trend:

Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat" -ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, Sentyabrın 18-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti