...

Kənd Təsərrüfatı Peşə Təhsili Mərkəzi gələn ildən yeni binada fəaliyyət göstərəcək (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2016 11:46 (UTC +04:00)
Kənd Təsərrüfatı Peşə Təhsili Mərkəzi gələn ildən yeni binada fəaliyyət göstərəcək.
Kənd Təsərrüfatı Peşə Təhsili Mərkəzi gələn ildən yeni binada fəaliyyət göstərəcək (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Kənd Təsərrüfatı Peşə Təhsili Mərkəzi gələn ildən yeni binada fəaliyyət göstərəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib: "Biz bu layihəni çox yüksək qiymətləndiririk. Layihənin məqsədi yenidən tikilən Kənd Təsərrüfatı Peşə Təhsili Mərkəzində tədris olunan proqramların BP şirkətinin dəstəyi ilə cəlb edilmiş mütəxəssislərin iştirakı ilə yeni məzmunlarının, müasir təlimin hazırlanmasından ibarətdir. Bu, çox önəmlidir, çünki kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi üçün ən böyük potensiala malik sahələrindən biridir".

Nazirin sözlərinə görə, məktəbin yeni binada 2017-ci ilin birinci rübündən fəaliyyət göstərəcəyi gözlənilir.

Qeyd edək ki, Britaniyanın BP şirkəti və Azərbaycanın Təhsil Nazirliyi 358 min manat dəyərində birgə layihəni işə salıb. Layihə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış təhsil bazasının möhkəmləndirilməsinə yönəlib. Layihənin reallaşdırılmasının nəticəsində kənd təsərrüfatı sahəsində yeni ixtisas və peşələr yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti