...

Nazir müavini: İstehsal etdiyimiz müasir silah və texnikalar beynəlxalq aləmdə tanınıb və sınaqdan keçirilib

Cəmiyyət Materials 22 Sentyabr 2016 12:27 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda istehsal olunan müasir silah və texnikalar artıq beynəlxalq aləmdə kifayət qədər tanınıb və sınaqdan keçirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir müavini bildirib ki, artıq Azərbaycanın istehsal etdiyi müasir standartlara cavab verən silah və texnikalar xaricə ixrac edilir: "Beynəlxalq sərgilərdə biz müdafiə təyinatlı məmulatları nümayiş etdirmişik və tanıtdırmışıq. Bizim istehsal etdiyimiz müdafiə məmulatları xaricdə kifayət qədər tanınıb və bəyənilib. Beynəlxalq sərgilərdə Azərbaycan hərbi məmulatları dəfələrlə nümayiş edilib. Bu ilk sərgi deyil. Budəfəki sərgi 3 gün olacaq. Ötən il mümkün qədər əhali sərgidə iştirak edə bilmədi. Bu il 4-cü gün "açıq qapı" günü keçiriləcək və hər kəs sərgidə nümayiş olunan silah və texnikalarla tanış olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti