...

Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

Cəmiyyət Materials 23 Sentyabr 2016 18:07 (UTC +04:00)
Avropa Xəbər Agentlikləri Təşkilatının (EANA) yeni prezidenti və Büro üzvü seçilib.
Avropa Xəbər Agentlikləri Təşkilatının yeni prezidenti seçilib

Bakı. Trend:

Avropa Xəbər Agentlikləri Təşkilatının (EANA) yeni prezidenti və Büro üzvü seçilib.

Trend-in məlumatına görə, bu gün təşkilatın Bratislavada keçirilən Baş Assambleyasında qəbul edilib. Təşkilatın yeni sədri İsveçin TT agentliyinin baş direktoru Yonas Erikson, Büro üzvlüyünə isə Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez seçiliblər. EANA-nın prezidenti 2 il, Büro üzvləri isə 3 il müddətinə seçilir.

2014-2016-cı illərdə təşkilata Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal sədrlik edib.

Assambleyada, həmçinin qurumun büdcəsi təsdiq edilib, üzvlüklə bağlı müraciətlərə baxılıb, bir sıra təşkilati işlər müzakirə olunub.

Baş Assambleya başa çatdıqdan sonra 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq ilə bağlı Konqres Şurasının (NACO) işçi iclası keçirilib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Şura sədri Klayv Marşal və Almaniyanın DPA agentliyinin vitse-prezidenti Piter Kropş Konqresin proqramını və bir sıra təşkilati məsələləri nəzərdən keçiriblər. Şuranın növbəti toplantısı Konqres ərəfəsində Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti