...

Göygöldə yüksək seçki fəallığı müşahidə olunur (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2016 12:38 (UTC +04:00)
101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində yüksək seçki fəallığı müşahidə olunur.
Göygöldə yüksək seçki fəallığı müşahidə olunur (FOTO)

Bakı. Trend:

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində yüksək seçki fəallığı müşahidə olunur. Seçki məcəlləsinin tələblərinə uyğun demokratik, şəffaf keçirilən səsvermədə qanun pozuntusu qeydə alınmayıb.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq göygöllü seçicilər konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə öz münasibətlərini bildirmək üçün vətəndaşlıq borclarını yerinə yetirirlər.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 45 min 616 seçici qeydiyyata alınıb. 37 min 169 nəfər Göygol, 847 nəfəri isə Daşkəsən rayon sakinidir. 807 gənc isə səsvermədə ilk dəfə iştirak edir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 350 seçici məntəqələrdə səs verə bilmir. Məhz ona görə də həmin seçicilərin evlərinə daşınan qutular aparılacaq. Dairə üzrə 81 məntəqə var və bunlardan 50-i Göygöl, 31 Daşkəsən rayonundadır. Bu məntəqələrdən 9-da veb kamera quraşdırılıb.

Seçkini izləmək üçün 740 müşahidəçi qeydiyyata alınıb, 2 məntəqədə “exit-poll” keçirilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti