Nərgiz Paşayeva: “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu” rəsmi qeydiyyatdan keçdi (FOTO)

Nərgiz Paşayeva: “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu” rəsmi qeydiyyatdan keçdi (FOTO)

Bakı. Trend:

2016-cı il sentyabrın 23-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor Nərgiz Paşayeva və həmkarı, Oksford və Nyu York Universitetlərinin professoru Robert Hoyland, Britaniyanın Ekseter Universitetinin professoru, Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/) ilə işgüzar görüş keçiriblər.

Bu görüşün əsas məqsədi Britaniyada təsis edilmiş və qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) yeni fondun - "The British Foundation for the Study of Azerbaijan and the Caucasus" - Azərbaycanı və Qafqazı öyrənən Britaniya fondunun rəsmi təqdimatı üçün hazırlıq işlərini müzakirə etmək olub.

Xatırladaq ki, Britaniya Fondunun yaradılması prof. N.Paşayevanın və prof. R.Hoylandın təşəbbüsü idi. Bu il mayın 25-də Britaniyanın Lordlar Palatasında keçirilən xüsusi tədbirdə Qəyyumlar Şurası və sədr müəyyənləşdirilib. Bu barədə AZƏRTAC məlumat yaymışdır: http://azertag.az/xeber/955017

Professor R.Qliv adıçəkilən fondun Qəyyumlar Şürasının üzvlərindən biridir. Fondun Qəyyumlar Şurasının digər üzvləri: professor Robert Hoyland (Oksford və Nyu York universitetləri), professor Andryu Pikok ("St Andryus" Universiteti), Lord Malkolm Brus (siyasi xadim, otuz il ərzində Liberal Demokrat Partiyasının deputatı) və sədr professor N.Paşayeva (Bakı Dövlət və Moskva Dövlət universitetlərinin professoru).

Professor Qliv haqqında deyə bilərik ki o, İslamın şiəlik təriqətinin orta əsrlər dövründə tədqiqi üzrə Britaniyanın məşhur alimlərindən biri hesab olunur. Onun rəhbərlik etdiyi və üzvü olduğu bir çox təşkilatlar arasında Böyük Britaniyanın Farsşünaslıq İnstitutu (http://www.binstpstudies.co.uk/), İslamşünaslıq Şəbəkəsi və Birləşmiş Krallıqda İslam dinini öyrənən bir sıra başqa aparıcı qurum və təşkilatların adlarını qeyd etmək olar. Birləşmiş Krallığın Ekseter Universitetində çalışmazdan öncə o, Oksford Universitetinin St Cons Kollecində, Tehran Universitetində, Tokionun Meiji Universitetində, Vaşinqton və Yerusəlim Universitetlərində dəvətli professor kimi fəaliyyət göstərib. İranda yaşayan azərbaycanlılara xüsusi elmi maraq göstərən alim Qum və Nəcəf şəhərlərinin icmalarında azərbaycanlıların rolunu tədqiq edib.

Söhbət zamanı professor R.Hoyland və professor N.Paşayeva qonağa Fondun Qəyyumlar Şurasına üzv olduğu üçün minnətdarlığını bildirdilər. Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcək Fondun qarşısında böyük vəzifələr qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli məqsədlərə xidmət edəcəyini qeyd ediblər. Prof R.Hoyland qeyd edib ki, 2013-cü ildə N.Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) təsis edilib. Mərkəzin Birləşmiş Krallıqda Azərbaycanı öyrənən ilk və yeganə elmi qurum olduğunu və britaniyalı alimlərin eləcə də ABŞ və Avropanın bir çox universitetləri arasında hörmət qazandığını etiraf etdi. Beləliklə, artıq Birləşmiş Krallıqda Azərbaycan və Qafqaz bölgəsinə yaranan elmi marağın artmasını nəzərə alaraq, N.Paşayeva bir sıra britaniyalı alim və siyasətçilərlə iki il ərzində ətraflı, müntəzəm məsləhətləşmələr aparıb. Bu işlərin nəticəsi kimi Azərbaycanla bağlı elmi perspektivli akademik layihələrin, fundamental araşdırmaların, mədəni-sosial münasibətlərin genişlənməsi üçün yerli qüvvələrin dəstəyinə ehtiyac yaranıb. Yaradılan Britaniya Fondu bu missiyanı daşımağı məqsəd kimi qəbul edib.

Professor N.Paşayeva Azərbaycana, onun qədim tarixi-mədəni irsinə göstərdiyi marağa görə hörmətli alimə öz minnətdarlığını bildirib. O, Britaniya Fondunun yaradılmasının mədəni-tarixi zərurət olduğunu bir daha qeyd edərək, bu mühüm hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsini xüsusi bir töhfə kimi nəzərə çatdırıb. Professor R.Qlivin Cənubi Azərbaycana olan xüsusi marağını təqdir edən N.Paşayeva artıq vətən tarixi dedikdə Böyük Azərbaycanın, həm bugünkü Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların tarixinin elmi əsaslarda öyrənilməsinin vacib olduğunu bildirib.

Beləliklə, alimlər Fondun rəsmi təqdimatı üçün indiyədək görülmüş və bundan sonra nəzərdə tutulan işləri müzakirə ediblər.

Günün ikinci yarısında Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin elmi-tədris planına daxil olan tərcümə işinin müzakirəsi aparılıb. Qeyd edək ki, Mərkəz tərəfindən nəşrə hazırlanan “Dahi Azərbaycan şairi Nizami” (Y.Bertels) kitabının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən ingilis dilli versiyasının təqdimatı üçün XIX əsrdə yaşayıb yaratmış məşhur britaniyalı rəssam Lord Leytonun ev-muzeyi (https://www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) seçilib bəyənilib. Belə ki, XIX əsrdə yaşamış Lord Leyton Şərqin və İslam dünyasının böyük pərəstişkarı idi. Hətta öz şəxsi evini də (indi muzey olan) Şərq-İslam memarlıq ənənəsi üslubunda düzənləmiş, heyrətamiz bir atmosfer qura bilmişdir. 6-dan çox dildə danışan Lord Leyton bu evdə, özünün kiçik Şərq aləmində ömrünün sonuna qədər yaşayıb.

Həmin gün N.Paşayeva və R.Hoyland Londonda yerləşən “Qilqameş” Nəşriyyat Evinin (http://www.gilgamesh-publishing.co.uk/index.html) direktoru Mat Skotla bərabər yuxarıda adıçəkilən kitabın çapının hazırlıq işlərini müzakirə ediblər. 1940-cı ildən bəri ilk dəfə çap olunacaq kitabın təqdimatının bu il Londonda Lord Leytonun ev-muzeyində keçiriləcəyi nəzərdə tutulur. Kitabın elmi redaktoru və ön sözün müəllifi Oksford Universitetinin Şərqsünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiqdir. Azərbaycan tərəfindən kitaba ön söz Elçin Əfəndiyev tərəfindən yazılıb və Oksford Universitetində ingilis dilinə çevrilib.

N.Paşayeva müzakirə zamanı deyib: "Əfsuslar olsun ki, 1940-cı ildən bəri məşhur alim, Qərbdə böyük nüfuza malik Y.Bertelsin əsəri nəinki ingilis dilində, hətta rus dilində belə yenidən nəşr edilməmişdir. “Böyük Azərbaycan Şairi Nizami” əsəri ilə Bertles Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, eləcə də milli maraqlara, yetkinliyə və qürura böyük töhfə vermiş oldu. Bunu dərk və etiraf etmək üçün kitabın adına diqqət yetirmək kifayətdir. Dünya şöhrətli şərqşünasın kitabı bu gün də müəyyən dərəcədə mübahisəli olan məqamları – Nizami irsinin həqiqi ünvanını elmi dəlillərlə, obyektiv tədqiqat metodları, qəbul edilmiş nəzəri kontekstdə doğru müəyyən edir və həll edir. Belə ki, məhz Bertels ilk dəfə Nizamini Azərbaycan şairi kimi elmi dünyaya təqdim etmişdir. Nə gözəl ki, 1940-cı ildə yazılan bu kitab bu gün Oksford Universitetinin Nizami Gəncəvi elmi mərkəzində tərcümə edilib çapa hazırlanır. Ümidvaram ki, bu hadisənin nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməmək mumkün deyil".

İncəsənət həvəskarları üçün qeyd edək ki, Lord Leyton (1878-1896) məşhur ingilis rəssamı və heykəltəraşı olub. O dövrün məşhur incəsənət ustaları Eduard von Steyne və Ciovanni Kostadan rəssamlıq dərsi alan Lord Leyton bir müddət İtaliyada çalışdıqdan sonra 1860-cı illərdə Londona qayıdaraq Rafaelə qədərki dövrün rəssamlıq üslubunda yaradıcılığa başlayıb. 1900-cu ildə Parisdə keçirilən dünyaşöhrətli Paris Rəssamlıq Sərgisində Böyük Britaniyanı Lord Leyton təmsil edib. O, 1878 ildən Kral İncəsənət Akademiyasının prezidenti vəzifəsində çalışıb və 1896-cı ildə Kraliça Viktoriya tərəfindən Lord tituluna layiq görülüb. Ümumiyyətlə, Lord Leyton Britaniyada Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan rəssam kimi tanınır. Onun yaşadığı və rəssam kimi işlədiyi evi və emalatxanası olan bu yer bu gün Böyük Britaniyanın XIX əsrdən qalan incilərindən biri sayılır. Şəxsi həyatı haqqında çox az məlumat olan dahi rəssam İngiltərənin Milli Qalereyasında müasir Teyt Muzeyində və Kral İncəsənət Akademiyasında təmsil olunan ən məşhur rəssam və heykəltaraşlar arasındadır. Deyilənlərə görə, Lord Leyton Britaniyada lord titulu ilə təltif edilmiş yeganə rəssamdır.

Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Loading Bars
Xəbər lenti
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasət nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir
Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL
Rusiyada terror aktlarının qarşısı alınıb
Müəllimlərin əmək haqqını mənimsəyən məktəb direktoruna yeni ittiham irəli sürüldü
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Ermənistanda daha iki nazir müavini istefa verdi
Çayda batan şəxsin meyiti tapılıb
Özünüməşğulluq proqramı Kəlbəcərdə (FOTO)
Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq
Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır (FOTO)
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
“AzerGold”un fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib (FOTO)
Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti
Bütün xəbərlər