...

"Azernews" qəzeti "Bir gənc dünya" Qlobal Sammitinə dəvət olunub (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 17:40 (UTC +04:00)
"Azernews" qəzeti Kanadanın paytaxtı Ottavada işinə başlayan "Bir gənc dünya" (One young world) Qlobal Sammitinə dəvət olunub.
"Azernews" qəzeti "Bir gənc dünya" Qlobal Sammitinə dəvət olunub (FOTO)

Bakı. Trend:

"Azernews" qəzeti Kanadanın paytaxtı Ottavada işinə başlayan "Bir gənc dünya" (One young world) Qlobal Sammitinə dəvət olunub.

Trend-in məlumatına görə, oktyabrın 1-də yekunlaşacaq 4 günlük sammitə dunyanın 193 ölkəsindən 1300 gənc qatılıb. Sammitin təntənəli açılış mərasimində dünyanın tanınmış siyasətçiləri - BMT-nin keçmiş baş katibi Kofi Annan, İrlandiyanın ilk qadın Prezidenti olmuş Meri Robinson, Nobel Sülh mükafatı laureatı Muhammad Yunus, eləcə də dünya kino ulduzları - sülhməramlı səfir Emma Uotson, Natalya Vodyanova və digərləri iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən Kanadanın Baş naziri Castin Trüdo gənclərə muraciət edərək onların dünyanı dəyişəcək qədər gücə malik olduğunu bildirib.

Mərasimin ən maraqlı hissəsi bayraqların təqdimatı olub. Bütün ölkələrin bayraqları təntənəli şəkildə auditoriyaya təqdim olunub.

Sentyabrın 29-da sammit öz işinə başlayıb. Dünyanın 55 tanınmış və nüfuzlu qəzetlərini özündə birləşdirən "Sparknews" təşkilatının və "Azernews", La Figaro (Fransa), Al Jazeera plus, la Nation (Argentina), asahi Shimbun (Yaponiya), LENA (Avropanın aparıcı qəzetlərin alyansı) daxil olmaqla, tədbirə dəvət alan bir sıra nüfuzlu qəzetlərin sammit iştirakçıları üçün xüsusi olaraq təqdimatı keçirilib.

Tədbirdə Sparknews-un rəhbəri Kristian Bolseredon çıxış edib. O, ilk olaraq Azərbaycanın qəzetini auditoriyaya təqdim edib və səhnəyə "Azernews" qəzetinin baş redaktoru S.Mikayılovanı dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti