...

Bədən Tərbiyəsi və İdman Akademiyası yeni ixtisas artırma proqramlarını təqdim edib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2016 14:19 (UTC +04:00)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, idman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib.
Bədən Tərbiyəsi və İdman Akademiyası yeni ixtisas artırma proqramlarını təqdim edib  (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, idman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib. İxtisasartırma Proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təsis edilib. İxtisasartırma Proqramları sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir. İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəsislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Fuad Hacıyev son 9 ayda tədris müəssisəsində gedən yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərindən söhbət açıb. Rektor qeyd edib ki, təmir və yenidənqurma işləri ümumi sahəsi 7500 kv.m.-dən artıq olan sahədə aparılıb. Bura elektron kitabxana və muzey, yeni kitab fondu, tələbə mərkəzi, kafedralar, inzibati otaqlar, müasir kafe və tibb məntəqəsi, tədris auditoriyaları, təlim mərkəzi və s. daxildirlər. Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, havalandırma və soyutma sistemləri, internet xətləri, elektrik, su və kanalizasiya sistemləri) yenidən qurulub, Akademiya müvafiq mebel və avadanlıqlarla təmin edilib. Müəllim və tələbə heyəti üçün elektron buraxılış və nəzarət sistemi yaradılıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə elektron tələbə bileti istifadəyə verilir. Akademiyada həmçinin abadlıq və landşaft işləri də yekunlaşmaq üzrədir.

Fuad Hacıyev: “Akademiyada tədrisin keyfiyyətinin qaldırılması və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra müvafiq işlər görülmüş, o cümlədən idman təhsili sahəsində beynəlxalq təcrübə öyrənilmiş, inkişaf etmiş ölkələrinin bir sıra universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulmuş, tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən “Online University” sistemi adaptasiya edilmişdir. Qeyd etmək lazımdır ki, bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir, tələbələr üçün dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.”

Tədbirdə ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, İxtisasartırma Proqramlarının meneceri, beynəlxalq idman mühitində tanınmış və İxtisasartırma Proqramlarında təlimçi olaraq fəaliyyət göstərəcək Amanda Brüyer (Amanda Brewer) və Dən Meyson (Dan Mason) çıxış etmişdirlər. Çıxışlar zamanı “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunub.

Eyni zamanda, Strateji İnkişaf Qrupunun Rəhbəri, Müşavir Şəms Mustafayeva ADBTİA-nın Strateji İnkişaf Hədəfləri , ADBTİA Proqram Meneceri Tükəzban Cəfərova İxtisasartırma Proqramlarının Təqdimatı haqqında məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti