...

Tbilisi-Bakı dəmir yolunda qəzanın səbəbi - təkərlər yerə düşüb (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2016 13:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tbilisi-Bakı sərnişin qatarlarının aşması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Xidmət rəhbəri bildirib ki, Tbilisidən Bakı istiqamətinə gələn yük qatarı Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb:

"Baş verən hadisə nəticəsində vaqon aşmayıb. Qatar stansiyaya daxil olarkən sürətli olmayıb və buna görə də vaqonlar aşmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda hərəkət dayanmayıb, bir yolla qatarların hərəkətini təmin etmişik. Yaxın iki saat ərzində ikinci yolda da hərəkət bərpa olunacaq. Həmçinin, Bakıdan Tbilisiyə gedən və əks istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkətində heç bir gecikmə olmayıb. Qatarlar və sərnişinlər vaxtında mənzil başına çatıb".

N.Əzməmmədov bildirib ki, hadisə nəticəsində zərər çəkən olmayıb.

FOTO - ARB Kəpəz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti