...

Azərbaycanda "iPhone 7" smartfonlarının SON QİYMƏTLƏRİ

Cəmiyyət Materials 2 Noyabr 2016 14:22 (UTC +04:00)
Ən son "iPhone" məhsulları noyabrın 4-dən etibarən satışa çıxarılacaq.
Azərbaycanda "iPhone 7" smartfonlarının SON QİYMƏTLƏRİ

Bakı. Trend:

"Alma Store" ("Apple" firma mağazalarının Azərbaycandakı şəbəkəsi) "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışını elan edir.

Trend-in məlumatına görə, ən son "iPhone" məhsulları noyabrın 4-dən etibarən satışa çıxarılacaq.

"iPhone 7" smartfonlarının qiyməti telefonların yaddaş həcmindən asılı olaraq dəyişəcək. Belə ki, 32, 128 və 256 qiqabaytlıq smartfonların qiyməti, müvafiq olaraq, 1699, 1999 və 2249 manat təşkil edəcək.

32, 128 və 256 qiqabaytlıq "iPhone 7 Plus" smartfonlarının satış qiymətləri isə müvafiq olaraq, 2049, 2299 və 2549 manat olacaq.

Smartfonlar 5 rəngdə - çəhrayı qızılı, qızılı, gümüşü, qara və qara oniks - təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti