...

Tur-aksiyanın üçüncü günü məktəblilər Lənkəran rayonu ilə tanış olublar

Cəmiyyət Materials 19 Noyabr 2016 20:11 (UTC +04:00)

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Bakının Sabunçu, Nərimanov, Nizami, eləcə də Zaqatala, Balakən, Qax və Tərtər rayonlarının, Yevlax və Şuşa şəhərlərinin IX-XI sinif şagirdləri noyabrın 19-da Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.

Məktəblilər və onların müəllimləri günün birinci yarısında Milli Qəhrəman Əsgər Əliyevin adını daşıyan parkda, rayon Tarix-Diyarşünaslıq Muzeyində, “Dairəvi Qala”da və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan muzeydə olublar.

Məktəblilər general Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla böyük maraqla baxıblar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Lənkəran şəhərindəki Bayraq Meydanı, Azərbaycanlıların soyqırımı abidəsi, “Qoşa qala qapıları” meydanı, “Samovar” istirahət mərkəzi və rayon mədəniyyət mərkəzi ilə yaxından tanış olublar.

Məktəblilər Lənkəran Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlığa həsr olunmuş “Tarixin şanlı səhifələri” sənədli filmini izləyiblər.

Şam yeməyindən sonra şagirdlər Lənkərandakı “Şah sarayı”nda təşkil edilmiş intellektual oyunlarda bilik və bacarıqlarını nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti