...

"Yaşıl söhbət klubu" layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2016 09:56 (UTC +04:00)
Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirib.
"Yaşıl söhbət klubu" layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirib.

IDEA-dan Trend-ə verilən məlumata görə, görüş noyabrın 25-də IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın gəncin iştirakı ilə baş tutub. Klubun bu dəfəki mövzusu israfçılıq və həddən artıq istifadəyə həsr olunub. Sonra gənclər ətraf mühitin mühafizəsi naminə təbiət resurslarından qənaətlə istifadə, təkrar istifadə və təkrar emalla bağlı geniş müzakirələr aparıb, mövzu ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüb, gündəlik həyatda bu ekoloji problemlərlə mübarizənin yolları haqda fikir mübadiləsi ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) nümayəndələri klubun xüsusi qonaqları qismində çıxış edərək mövzu ilə bağlı öz fikir və təcrübələrini gənclərlə bölüşüblər. IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verib. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti