...

Cəbhə bölgəsində "İntellektual gənclər" müəyyənləşdirilir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2016 14:25 (UTC +04:00)
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.
Cəbhə bölgəsində "İntellektual gənclər" müəyyənləşdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.

Təşkilatın İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunda gənclər arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilib.

Tədbir Ağdam rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutub. Tədbiri giriş sözü ilə açan rayonun Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov intellektual oyunların əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb.

Təhsil Şöbəsinin məsul əməkdaşı Xalıqverdi Cəfərov isə belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq təhsilimizin ümumi inkişafına xidmət etdiyini xüsusi qeyd edib.

Layihə koordinatoru Mürsəl Behbudlu və təşkilatçı Rüfət Oruc tərəfindən start verilən turnirə mərkəz və kənd gənclərindən ibarət 8 komanda qatılıb.

Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə müvafiq olaraq 6000 xalla Kristal komandası I, 2000 xalla Günəş komandası II, 800 xalla isə Dəniz komandası III yerin sahibi olub. Qaliblər diplomlarla təltif olunublar.

Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti