...

Cəbhə bölgəsi "İntellektual gəncləri"ni tanıdı (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2016 13:34 (UTC +04:00)
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.
Cəbhə bölgəsi "İntellektual gəncləri"ni tanıdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.

Təşkilatın İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, 30 noyabr 2016-cı il tarixdə Xocavənd gəncləri arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilib. Tədbir Xocavənd rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə iştirak edən Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev, Təhsil Şöbəsinin Metodkabinetin rəhbəri Laçın Əliyev, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Süleyman Kərimov, Qaradağlı kənd tam orta məktəbinin direktoru İngilis Tağıyev intellektual oyunların əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb.

Layihə koordinatoru Mürsəl Behbudlu və təşkilatçı Rüfət Oruc tərəfindən start verilən turnirə mərkəz və kənd gənclərindən ibarət 8 komanda qatılıb. Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə müvafiq olaraq 6800 xalla "Everest" (Salakətin) komandası I, 3300 xalla "Land of Fire" (Tuğ) komandası II, 1100 xalla isə "Albedo" (Salakətin) komandası III yerin sahibi olub.

Qaliblər diplomlarla təltif olunublar.

Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti