...

IX sinfi bitirməyənlər eksternat qaydasında imtahan verəcək

Cəmiyyət Materials 13 Dekabr 2016 14:53 (UTC +04:00)
Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.
IX sinfi bitirməyənlər eksternat qaydasında imtahan verəcək

Bakı. Trend:

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək.

Bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 15 yanvar 2017-ci il tarixinədək “Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 19-30 dekabr 2016-cı il tarixlərində hər həftənin I-V günləri saat 9:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

1. Təhsil aldığı sonuncu məktəbdən arayış;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;

4. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər hərbi biletin və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti