...

Ombudsman MPQ üzvləri DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında olublar

Cəmiyyət Materials 22 Dekabr 2016 11:25 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Ombudsman MPQ üzvləri DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında olublar

Bakı. Trend:

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilib, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.

Qəbul edilmiş şəxslər mvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti