...

Təhlükə var? - Son 2 ildə Xəzərdə seysmik aktivlik artıb (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2016 14:51 (UTC +04:00)
2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artması müşahidə olunub.
Təhlükə var? - Son 2 ildə Xəzərdə seysmik aktivlik artıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artması müşahidə olunub.

Trend-ibn məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə Mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabatı təqdim edərkən deyib.

Baş direktor bildirib ki, 2016-cı il ərzində RSXM-nin respublika ərazisində olan 42 seysmik stansiyası (35 daimi və 7 stasionar) 9905 zəlzələ qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələlər RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olub.

Xəbər lenti

Xəbər lenti