...

Bayram günlərində təcili tibbi yardıma ən çox müraciət dekabrın 31-də edilib

Cəmiyyət Materials 5 Yanvar 2017 09:57 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı günlərində təcili tibbi yardım xidmətindən istifadə üçün ən çox müraciət 2016-cı il dekabrın 31-də edilib.
Bayram günlərində təcili tibbi yardıma ən çox müraciət dekabrın 31-də edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı günlərində təcili tibbi yardım xidmətindən istifadə üçün ən çox müraciət 2016-cı il dekabrın 31-də edilib.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Stansiyadan bildirilib ki, dekabrın 31-də təcili tibbi yardıma 2800-dən çox müraciət edilib. Sonrakı günlərdə isə bu müraciətlərin sayı azalaraq təxminən 2000-2500 arasında olub.

Adi günlərdə təcili tibbi yardıma 1600-2000 müraciət edilir. Bayram günlərində müraciətlərin sayının artması poliklinikaların fəaliyyət göstərməməsi və əhalinin də poliklinika xidmətlərinə görə təcili tibbi yardıma müraciət etməsi ilə izah edilir.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı günləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 4-dək ölkədə qeyri-iş günləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti