Bakı Metropolitenində 175 vaqon təmir edilərək xəttə buraxılıb (FOTO)

Bakı Metropolitenində 175 vaqon təmir edilərək xəttə buraxılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenində 2 ildə 140 vaqon təmir edilərək xəttə buraxılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, qısa müddət ərzində vaqonların elektrik, pnevmatik və mexaniki hissələrini əhatə edən 20-dən artıq yenilik əsaslı dönüşün başlanğıcı olub:

"Bu dövrdə müəssisəyə daxil olan ehtiyat hissələrindən asılılığı minimuma endirmək məqsədilə bir çox mexaniki detal və qovşaqların yerli şəraitdə hazırlanmasına başlanılıb. Əvvəllər 113 adda mexaniki detal və qovşaq kənar müəssisələrdən alınırdısa, hesabat dövründə onların sayı 37-yə endirilib. Qalan hissələr isə məhz metropolitenin istehsal sahələrində hazırlanır. Nəticədə, kənar müəssisələrdən alınan məhsulların sifarişinə, onlara çəkilən xərclərə kifayət qədər qənaət olunub. Bu, metropoliten şəraitində istehsalın inkişafına əlavə stimul olmaqla yanaşı, eyni zamanda mütəxəssis potensialının güclənməsinə, onların nəzəri-praktiki bilik və bacarığının, həmçinin mühəndis-konstruktor sahəsinin inkişafına təkanverici qüvvədir".

N.Paşayev bildirib ki, bu məhsulların etibarlı saxlanmasını təmin etmək və onlara olan tələbatın vaxtında ödənilməsinə şərait yaratmaq üçün metropolitendə müasir standartlara cavab verən anbarlar inşa olunub. Ümumiyyətlə, bu və ya digər kompleks tədbirlər sayəsində 2014-cü ildə cəmi 35 vaqon 3 saylı (digər adı - qaldırma) təmirə dayandırılmışdırsa, 2015 və 2016-cı illər ərzində depo tarixində rekord sayda – 140 vaqon 3 saylı təmirdən çıxarılaraq xəttə qaytarılıb. Həmçinin bu proses zavod şəraitində təmirin növü hesab edilən orta təmir bazasında aparılaraq, qatarların istismar ömrünün uzadılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Görülən işlərlə yanaşı, nasazlığa görə xətdən çıxarılan qatarların sayı iki il ərzində 3 dəfədən artıq azaldılıb. 2014-cü il ərzində 520 qatar vaxtından əvvəl depoya qaytarılmışdısa, 2015-ci ildə 212, ötən ildə isə cəmi 152 hərəkət tərkibi xətdən çıxarılıb.

Həmçinin 2014-cü ildə metropolitenin normal iş rejimi 19 dəfə pozulmuşdusa, 2015-ci ildə 13, keçən ildə 9 belə hala yol verilib.

Qurum rəsmisi bildirib ki, işlər çərçivəsində depo qanovlarının və təmir sexinin dam örtüyü müasir dövrün ixtirası hesab olunan rezin qatqılı bitumla əvəzlənib, beləliklə sahənin xroniki probleminə çevrilmiş yağıntılardan qorunması təmin edilib. Qatarların qanovlara texniki keçid yollarının asfalt örtüyü, texniki tələblərə uyğun olaraq, metal örtüklə bərkidilib, yolun səviyyəsi nizamlanıb. Hər birinin uzunluğu 120 m olan qanovlarda relslə yol divarı arasındakı aralıq təmizlənərək, yenidən örtülüb, izolə qovuşuqları yenidən yığılıb, yararsız yol altlıqları dəyişdirilib, ara məsafəsi tənzimlənib, bununla da təhlükəsizlik ən yüksək həddə çatdırılıb:

"Mühüm dəyişiklik təmir sexlərinin yenidən qurulmasıdır. Məsələyə kompleks yanaşılıb: ərazinin imkanları öyrənilərək təmirin texnoloji ardıcıllığını, uyğunluğunu və sinxronluğunu təmin edən yeniliklər edilib. Layihəyə görə, qaldırma təmiri sexi yeni mahiyyətlə müasir standartlar səviyyəsinə gətirilərək, 3 saylı cari təmir sexinə çevrilib. Bütün ərazidə hava nəzarəti, kanalizasiya, isitmə sistemləri tam yenilənib. Sıx təmir şəraitinə baxmayaraq, sexin boş qalmış 2-ci boks adlanan sahəsi yararlı vəziyyətə gətirilərək vaqon arabacıqlarının və təkər cütlərinin yuyulub yığılması sahəsinə çevrilib. Həm də ilk dəfədir ki, arabacıqlar sökülmədən yuyulur. Ərazidə müvafiq dəmir konstruksiya, yeni tavan örtüyü qurulub, məsafədən idarə olunan 10 tonluq körpülü yeni kran, arabacığın yığılması prosesi üçün xüsusi tərtibatlar quraşdırılıb, arabacıqların yuyulma kamerasına verilməsi üçün yol çəkilib. Yeni buxar xətti səmərə və qənaəti dəfələrlə artırıb. Maksimum ekoloji tarazlığı isə yağ və qələvi turşuların ikipilləli təmizlənməsi prosesi təmin edir.

Yuma proseslərində əl əməyini aradan qaldırmaq üçün arabacıqların və təkər cütlərinin yuyulmasından savayı, daha iki yeni yuma maşını quraşdırılıb. Onlardan biri irihəcmli detalların, digəri isə podşipniklərin yuyulması üçün nəzərdə tutulub. Hər üç maşın proqram təminatlı avtomatik rejimdə işləyir, səmərəli, praktik və qənaətcildir, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələblərinə cavab verir.

Genişləndirilmiş mexaniki sexdə usta, soyunub-geyinmə, alətlər, tərtibat və digər detallar üçün yardımçı otaqlar, habelə istirahət guşələri, təxliyə qapısı, sanitar qovşaqları inşa olunub. Hər bir dəzgahın xüsusiyyətləri nəzərə alınmaqla, zavod şəraitinə uyğun iş yerləri qurulub. Dəzgah parkına kombinə edilmiş pəstahların doğranması və ştamplanması üçün daha bir pres-qayçı əlavə edilib. Təkər cütləri sexində yaradılmış yeni iş şəraiti, səmərələşdirici yeniliklər nəticəsində məhsuldarlığı artıran 10-dan artıq stend qurulub və təkliflər həyata keçirilib".

N.Paşayev bildirib ki, sexin əsas təmir işlərinin cəmləşdiyi sahə döşəmədən tavana qədər yenilənib. Kabel kollektorlarında aparılan bərpa işləri kabellərin mühafizə etibarlığını artırıb. İllərlə deformasiyaya uğrayan köhnəlmiş döşəmə təbəqəsi tam sökülüb. Özülü möhkəmləndirilməklə yeni dəmir-beton döşəmə yaradılıb. Epoksid əsaslı müasir yer örtüyü döşəməyə parlaq estetik görkəm verib. Yeni ovqata səbəb olan ekoloji cəhətdən təmiz və təhlükəsiz, qulluğu asan başa gələn epoksid örtük təmirin keyfiyyətlə icrasına şərait yaradıb.

Sexin iri çaplı yeniliklərindən biri təkər cütləri ilə arabacıqların təmiri və saxlanılması üçün əlavə 20 metrlik dəmir yol xəttinin - boşaltma məntəqəsinin yaradılmasıdır. Bu sahə ehtiyat baza kimi, deponun arabacıq və təkər cütlərinə təcili ehtiyaclarını ödəyərək, yubanma və ləngimələrin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Vaqon gövdələrinin qaldırılması üçün tərtibatın yerinin dəyişdirilməsi sahədə əsaslı genişlənmə yaradıb. Yollar arasında aparılan dəyişikliklə vaqon hissələrinin nəql edilməsi, yerləşmə ardıcıllığı təmin edilib. Vaqonaltı avadanlıqların sökülüb-yığılmasına, həmçinin təcili sağlamlaşdırma tədbirinə əlverişli şərait yaradılıb. Qovşaqların daşınmasında iki yeni transpalet qaldırıcı qurğu əl əməyini tam aradan qaldırıb. Pultla idarə olunan 8 səyyar domkrat əvvəlki stasionar analoqlarından fərqli olaraq, işlərin mütəhərrik, sinxron və sürətli icrasını təmin edir.

Sexdə qaynaq sahəsi üçün xüsusi yer ayrılıb. Bununla, pərakəndəlik aradan götürülüb, texniki standartlara əməl olunub. Qaynaq tüstüsü, həmçinin elektrodun yanması nəticəsində alınan çirkli hava axını, zərərli buxar və qazların süzgəc qurğusu vasitəsilə təmizlənərək sahədən kənarlaşdırılması təmin edilib.

Yerinə yetirilən işlərin sonunda təmir sexinin sıradan çıxmaqda olan qatar yolu qapıları müasir, daha yüngül, etibarlı və asan idarə olunan qapılarla əvəzlənib.

“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Loading Bars
Xəbər lenti
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər