Bakı. Samir Əli – Trend:
Daxili İşlər Nazirliyinin vә Baş Dövlət Yol Polis İdarəsi yol nәqliyyat hadisәlәrinin ağırlıq dәrәcәsinin azaldılması istiqamәtindә Qaradağ rayonu və qәsәbәlәrindә əhali arasında tәbliğat vә tәşviqat tədbiri keçirib.
Rayonun Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində keçirilən tədbirlərdə bildirilib ki, respublika yollarında baş vermis yol nəqliyyat hadisələrinin geniş vә hәrtәrәfli tәhlili aparılıb, elәcә dә hadisәlәrin baş vermә sәbәblәri vә onlara qarşı mübarizә vәziyyәti geniş müzakirә edilib. Vәtәndaş müraciәtlәrinin mәzmunundan müәyyәn olunub ki, hadisәlәrin qarşısının alınması üçün profilaktiki tәdbirlәr görülməlidir.
Bildirilib ki, respublika yollarında baş vermiş yol nәqliyyat hadisәlәrinin qarşısını almaq üçün vətəndaşlar evdә, mәktәbdә, iş yerlәrindә әhali ilә fәrdi söhbәtlәr aparmalı, yollarda piyadaların yolu düzgün keçmәsi üçün piayadalar üçün nәzәrdә tutulmuş yeraltı vә yerüstü piyada keçidlәrindәn sәmәrәli vә düzgün istifadә etməlidirlər:
“Bundan başqa, yol kәnarında yaşayan qәsәbә sakinlәrinin bәzilәri öz hәyәtlәrindә iri vә xırda buynuzlu heyvanlar saxlayırlar. Elә hallar olur ki, heyvanlar nәzarәtsiz qalır vә onlar yolun hәrәkәt hissәsinә çıxaraq nәqliyyat vasitәlәrinin normal hәrәkәtinә maneçilik törәdir vә nәticәdә bu, ağır yol nәqliyyat hadisәsinin baş vermәsinә sәbәb olur. Heyvan sahiblәrinin nәzәrinә çatdırırıq ki, mal-qara nәzarәtsiz olaraq yola çıxarsa, heyvan sahiblәri birbaşa mәsuliyyәt daşıyırlar. Kәnd tәsәrrüfatı vә digәr tәyinatlı texnikaların günün qaranlıq vaxtı yollarda hәrәkәtini mәhdudlaşdırmaqla, baş verә bilәcәk yol nәqliyyat hadisәlәrinin qarşısını almış olursunuz. Bildirirәm ki, yolların çiyinlәrindә vә tәhkim zolaqlarında qadağan olunmuş küçә ticarәti ilә mәşğul olmaqla, siz sağlamlığınızı vә satdığınız әmlakı tәhlükә altına qoymuş olursunuz”.