Bakı. Samir Əli - Trend:
Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində sürücünün yol polisinə ağlayaraq yalvarması ilə bağlı yayılan videogörüntülərlə bağlı araşdırmalara başlayıb.
Bu barədə Trend-ə idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, həmin video ekspertizadan keçiriləcək və araşdırmalardan sonra yol polisi barədə ciddi tədbir görüləcək.
Xatırladaq ki, həmin şəxsin Sabirabad rayonu ərazisində xidmət aparan dövlət yol polisi əməkdaşı Elvin Mövlanov olduğu deyilir.