...

AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək - QİYMƏT və VAXT

Cəmiyyət Materials 28 Yanvar 2017 16:07 (UTC +04:00)
AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək
AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək - QİYMƏT və VAXT

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05-də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də.

Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da.

Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyənləşdirilib.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80;
*8880
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti