Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycanın bugünədək gimnastikanın inkişafı üçün atdığı addımlar rekordlar kitabına daxil edilməlidir.
Bu sözləri Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə texniki komitəsinin birinci vitse-prezidenti Arturs Mitskeviçs deyib.
O qeyd edib ki, ilk dəfə Bakıda 2013-cü ildə gimnastika üzrə birləşmiş yarışlarda olub.
A.Mitskeviçs deyib: “Mən çox şadam ki, bizim əməkdaşlığımız davam edir. Sanki mən Bakıda dünən olmuşam. Bu, sadəcə bir Olimpiya dövrü əvvəl olub, amma bu müddət ərzində Azərbaycanın idman gimnastikasının inkişafı üçün gördüyü işlər rekordlar kitabına düşməlidir. Federasiya demək olar ki, sıfırdan başlayaraq, böyük zallar və lazımi infrastruktur olmadan bu cür qısa müddətdə medalçı idmançılar yetişdirə bilib, yüksək səviyyədə iri kompleks inşa edib”.
Onun sözlərinə görə, konstruktiv hərəkat məhz hakim korpusu və texniki komitə ilə əlaqələrdən başlayıb.
A.Mitskeviçs deyib: “Azərbaycan bütün sahələrdə - hakimlik, idman, rəsmi sahələrdə düzgün istiqamət müəyyən edib. Yaxın illərdə Avropada əsas sistemə çevriləcək "SmartScoring" hesablama sisteminin hazırlanmasında böyük uğurlar əldə olunub .”