Bakı. Maksim Tsurkov - Trend:
"Oğlum Miron Bakıda gimnastikanın əsl pərəstişkarı oldu". Bunu Trend-ə Polşanın Bakıdakı konsulu Silvestr Rudı deyib.
O, qeyd edib: "Oğlum futbolun fanatıdır. "Bavariya" klubuna, xüsusən də Robert Levandovskiyə azarkeşlik edir. Lakin o, ilk dəfə gimnastika yarışlarına baxdı və çox xoşuna gəldi. Həm də polşalı idmançılar pis çıxış etmədilər. Şou-proqram və tərtibat çox xoşumuza gəldi, oğlum darıxmadı. Fikrimcə, gimnastlar üçün belə zal yalnız Bakıda var".
Miron isə deyib ki, hər şey çox maraqlı oldu, Polşa ilə yanaşı, Belarus idmançılarının çıxışları da çox xoşuna gəldi.