Bakı. Elçin Mehdiyev - Trend:
Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Diplomat qeyd edib: "Türkiyə olaraq, Azərbaycan xalqının dərdinə şərikik, Azərbaycan xalqına basşağlığı veririk, şəhidlərə Tanrıdan rəhmət diləyirik. Soyqırım qurbanlarının məkanının cənnət olduğunu bilirik. Lakin unutmamalı olduğumuz bir məsələ var: Xocalı faciəsinin 25-ci ildönümündə hələ də ədalət axtarılır.
İnşallah, yaxın zamanlarda ədalət bərpa olunar, Azərbaycan işğal edilmiş torpaqlarına qovuşar və Xocalı soyqırımını törədən cinayətkarlar da öz cəzalarına çatarlar".