...

Bədən Tərbiyəsi və İdman Akademiyasına magistr dərəcəsi üzrə sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 13 Mart 2017 10:42 (UTC +04:00)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yeni - üç magistr ixtisaslarına qəbul elan edib.
Bədən Tərbiyəsi və İdman Akademiyasına magistr dərəcəsi üzrə sənəd qəbulu başlayıb

Bakı. Trend:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu elan edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ADBTİA-nın tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.

Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər.

Xatırlatmaq istəyirik ki, İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu internet vasitəsi ilə Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti