...

"Trend" BİA və Makedoniyanın "MİA" İA arasında əməkdaşlıq sazişi imzalanıb

Cəmiyyət Materials 1 Aprel 2017 14:00 (UTC +04:00)
“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Makedoniyanın “MİA” İnformasiya Agentliyi (İA) arasında əməkdaşlıq sazişi imzalanıb.
"Trend" BİA və Makedoniyanın "MİA" İA arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. Trend:

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Makedoniyanın “MİA” İnformasiya Agentliyi (İA) arasında əməkdaşlıq sazişi imzalanıb.

Sazişi “Trend” BİA-nın baş direktoru İlqar Hüseynov və MİA-nın baş direktoru Lyupko Yakimoski imzalayıblar.

Sazişə əsasən, tərəflər daimi şəkildə bir-birini Makedoniya və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumat-təhlil və multimedia materiallarla təmin edəcəklər. Eyni zamanda, tərəflər Azərbaycanda və Makedoniyada, eləcə də qonşu ölkələrdə keçirilən vacib milli, regional və beynəlxalq tədbirlərin işıqlandırılmasına xüsusi diqqət ayıracaqlar.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Trend BİA-nın tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin və həmçinin, bütün dünya auditoriyası üçün istehsal edir.

1992-ci ildə Makedoniya dövlət informasiya agentliyi kimi yaradılmış MİA 2006-cı ildə səhmdar cəmiyyətə çevrilib. Agentlik Makedoniya, ingilis və alban dillərində xəbərlər yayır. MİA agentliyi AFP, Sinhua, IRNA, BBC, DPA, Anadolu, TASS, Deutsche Welle, Free Europe, Voice of America kimi agentliklərlə əməkdaşlıq edir. Agentlik bir sıra beynəlxalq təşkilatların üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti