...

Səyyar ASAN xidmət 1 milyonuncu vətəndaş müraciətini qəbul etdi

Cəmiyyət Materials 7 Aprel 2017 10:35 (UTC +04:00)
Səyyar ASAN xidmət 1 milyonuncu vətəndaş müraciətini qəbul edib.
Səyyar ASAN xidmət 1 milyonuncu vətəndaş müraciətini qəbul etdi

Bakı. Trend:

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün ölkəni qarış - qarış gəzən Səyyar ASAN xidmətdə bir milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə bu günə qədər 58 rayonda və 110 məntəqədə vətəndaşlara səyyar formada xidmət göstərilib. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmət 1 iyun 2013-cü il tarixində 2 avtobusla fəaliyyətə başlasa da, sonra avtobusların sayı 10-a çatdırılıb.

Vətəndaş məmnunluğuna yol açan xidmətimiz missiyanın davamı olaraq 1 fevral 2017-ci il tarixindən etibarən Səyyar ASAN qatar vasitəsi ilə də vətəndaşlara xidmət göstərməyə başlayıb.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Videoçarx: https://www.youtube.com/watch?v=1rCscyAM9Po

Məqalədə:
Xəbər lenti

Xəbər lenti