...

Bakıdan Gədəbəyə toya gedən 21 yaşlı oğlan komaya düşdü

Cəmiyyət Materials 11 Aprel 2017 12:29 (UTC +04:00)
Bakıdan Gədəbəy rayonuna toya gedən 21 yaşlı oğlan komaya düşüb.
Bakıdan Gədəbəyə toya gedən 21 yaşlı oğlan komaya düşdü

Bakı. Samir Əli - Trend:

Bakıdan Gədəbəy rayonuna toya gedən 21 yaşlı oğlan komaya düşüb.

Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə aprelin 9-da baş verib. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Süleymanov Elmar Namiq oğlu Gədəbəy rayonunda iştirak etdiyi toy məclisində komaya düşüb. Xəstə təcili olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. E.Süleymanov bu gün səhər saatlarında komadan ayılıb və evə buraxılıb.

Məlumata görə, E.Süleymanovda isterik tutma olduğundan o, komaya düşübmüş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti