...

Paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlər başlayıb (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2017 08:22 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Plisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb
Paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlər başlayıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, reydlərə paytaxtın Yasamal rayonu ərazisində, "20 yanvar" metro stansiyasının qarşısından başlanıb.

Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.

Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti