...

Səyyar ASAN xidmət Dəllər və Novxanı qəsəbələrində

Cəmiyyət Materials 14 Aprel 2017 12:41 (UTC +04:00)
Səyyar ASAN qatar 14-28 aprel tarixində Şəmkir rayonunun Dəllər qəsəbəsində, səyyar ASAN xidmət isə 15-29 aprel tarixində Abşeron rayonunun Novxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar ASAN xidmət Dəllər və Novxanı qəsəbələrində

Bakı. Trend:

Səyyar ASAN qatar 14-28 aprel tarixində Şəmkir rayonunun Dəllər qəsəbəsində, səyyar ASAN xidmət isə 15-29 aprel tarixində Abşeron rayonunun Novxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 28 mart-26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart-26 aprel Salyan şəhərində, 3-22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10-19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti