...

I və IV ixtisas qrupları üzrə 7 abituriyent 700 bal toplayıb

Cəmiyyət Materials 8 May 2017 19:00 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
I və IV ixtisas qrupları üzrə 7 abituriyent 700 bal toplayıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Trend-in məlumatına görə, nəticələrə əsasən imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb , Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı 'Zəkalar' liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti