...

İslamiadanın ikiqat qalibi: Ağır məşq mənə olan ümidləri doğrultmağa imkan verdi

Cəmiyyət Materials 15 May 2017 19:56 (UTC +04:00)
Ağır məşq yaxşı nəticə göstərməyə və mənə olan ümidləri doğrultmağa imkan verdi.
İslamiadanın ikiqat qalibi: Ağır məşq mənə olan ümidləri doğrultmağa imkan verdi

Bakı. Trend:

Ağır məşq yaxşı nəticə göstərməyə və mənə olan ümidləri doğrultmağa imkan verdi.

Bunu Trend-ə İslamiada çərçivəsində üzgüçülük yarışlarının ikiqat qalibi Maksim Şemberev deyib.

İdmançımız 1500 m məsafəyə sərbəst, 400 m məsafəyə isə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medallar qazanıb.

Onun sözlərinə görə, ilk növbədə bu, məşqçi ilə birgə əməyin nəticəsidir: "Mən çox şadam ki, mənə olan ümidləri doğrulda bildim. Ancaq sabah daha iki mərhələ var və mən arxayın ola bilmərəm. Əlbəttə, iki medal yaxşıdır, ancaq dayanmaq olmaz".

Gələcək planlarını şərh edən M.Şemberev deyib ki, Azərbaycanı yayda Budapeştdə keçiriləcək dünya çempionatında təmsil edəcək: "Dünya çempionatında yenə də yaxşı nəticə göstərməyə çalışacağam. Planlarıma eləcə də, Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək də daxildir".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti