...

Naxçıvanda “İmam Xomeyninin əxlaqi və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2017 13:45 (UTC +04:00)
Naxçıvanda “İmam Xomeyninin irfani, əxlaqi və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirilib.
Naxçıvanda “İmam Xomeyninin əxlaqi və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Naxçıvanda “İmam Xomeyninin irfani, əxlaqi və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirilib.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulluğunun Mədəniyyət mərkəzinin təşkilatçılığı, İranın və Naxçıvanın elm, mədəniyyət və incəsənət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə İranın Şahid Universiteti, Tehran Universitetinin Araz Azad Zonasındakı filialı, Araz Azad Zonası, Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan bölməsi və mədəniyyət və incəsənət mərkəzlərindən nümayəndələr iştirak ediblər.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan XİN-in Naxçıvan MR-dəki İdarəsinin rəisi Əsgər İsmayılov, Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar-siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, AMEA Naxçıvan bölməsindən Fəxrəddin Səfərli, universitetlərdən müavinlər və müəllimlər, Şahid Universitetinin müavini doktor Cahanbin, Tehran Universitetinin Araz Azad Zona filialının rektoru doktor Aştiyani, universitetin müavini doktor Əmiri, Elmi heyətin üzvü doktor Məsumi, Beynəlxalq məsələlər üzrə müavin xanım İmamcümə, Araz Azad Zonasının nümayəndəsi Mahmudzadə tədbirin əsas iştirakçılarından idilər.

İranın Naxçıvandakı Baş konsulu Mansur Airom, AMEA Naxçıvan bölməsinin müəllimi Ramiz Qasımov, Tehran Şahid Universitetinin müavini doktor Cahanbin, Tehran Universitetinin Araz Azad Zonası filialının Elmi heyətinin üzvü doktor Məsumi, şərqşünas və tərcüməçi Əsgər Behbudlu, görkəmli rəssam Eldar Zeynalov və Baş konsulluğun mədəniyyət atteşəsi Hüseyn Ağazadə konfransda çıxış ediblər.

Konfrans çərçivəsində İmam Xomeyni haqqında sənədli film nümayış olunaraq fotosərgi təşkil olunub. Mirəsgər Behbudlu və Mirza Rəsul İsmayılın birgə tərcümə etdikləri “Xatirələr aləmində” kitabının və Eldar Zeynalovun müəllifi olduğu “İmam Xomeyni” rəsm əsərinin təqdimatı keçirilib.

Tədbirin sonunda Azərbaycan XİN-in Naxçıvan MR-dəki idarəsinin rəisi Əsgər İsmayılov xatirə dəftərinə ürək sözlərini yazıb.

Qeyd edək ki, tədbirdə çox sayda universitet müəllimi, mədəniyyət və din mənsubları, Naxçıvan dövlət, “Naxçıvan” universitetləri və Naxçıvan Müəllimlər İnstitutundan müəllimlər, Heydər Əliyev Muzeyinin, Naxçıvan Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin müdirləri və Naxçıvanda yaşayan iranlılar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti