...

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin "Facebook" səhifəsi istifadəyə verilib

Cəmiyyət Materials 16 İyun 2017 23:42 (UTC +04:00)
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib.
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin "Facebook" səhifəsi istifadəyə verilib

Bakı. Trend:

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib.

Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən https://www.facebook.com/1871765836419509/ səhifəsinə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.

Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırı AZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.

Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTAC bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti