...

"Subaru" 24 mindən çox avtomobili geri çağırıb

Cəmiyyət Materials 3 İyul 2017 22:01 (UTC +04:00)
"Subaru Motor" şirkəti Rusiyada 24,5 minə yaxın avtomobili geri çağırıb
"Subaru" 24 mindən çox avtomobili geri çağırıb

Bakı. Trend:

"Subaru Motor" şirkəti Rusiyada 24,5 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2007-2010-cu illərdə istehsal olunmuş "Impreza" və "Forester" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti