Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

Bakı. Trend:

Artıq sayılı günlər qalıb. Təxminən bir ay sonra haqqı və ehtiyacı olan 255 jurnalistə mənzil veriləcək. Təbii ki, tam təmənnasız şəkildə. Bu möhtəşəm layihənin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev. Dövlətimzin başçısı növbəti humanist addımı ilə bir daha sübut etdi ki, bu gün dünyanın heç bir ölkəsində jurnalistə bu qədər qayğı ilə yanaşılmır, onun sosial problemlərinə bu qədər həssas şəkildə diqqət göstərilmir. Dövlətimiz hər bir vətəndaşına sahib çıxmağı bacarır, o cümlədən həkiminə, müəllimnə, jurnalistinə...

2013-cü ildə 156 mətbuat nümayəndəsinin və onların ailə üzvlərinin yaşadığı böyük sevincdən bu il daha 255 jurnalistə pay düşəcək. Bundan gözəl nə ola bilər ki? İllərdir ev arzusunda olan, mətbuatımızın inkişafında mühüm xidmətləri ilə fərqlənən həmkarlarımız nəhayət öz şəxsi mənzillərinə qovuşacaqlar. Hesab edirəm ki, bu işin maddi tərəfi ilə yanaşı, mənəvi çalarları daha diqqətçəkəndir. Hər bir halda dünyada bənzəri olmayan bu xeyirxah, nəcib təşəbbüsü sadəcə olaraq ən azından alqışlamaq lazımdır.

Təəssüf ki, bəzən insanın içindəki qaranlıq məqamlar, bəslədiyi kin, qərəz ətrafda baş verən müsbət hadisələri görməyə imkan vermir. Dövlətin öz vətəndaşına sahib çıxmasına, onun sosial problemlərinin həllinə dəstək olmasına əyri gözlə baxanlar bu incə məqamda belə mövcud durumdan şəxsi maraqları üçün istifadə edərək xəbisliyi büruzə verməyə çalışırlar. Belələri şəxsi və korporativ maraqları naminə dövlətin fəaliyyətinə, onun müdrik siyasətinin uğurlu nəticələrinə kölgə salmaq niyyətlərini ortaya qoyur, ictimai şüurla manipulyasiya edərək çaşqınlıq yaratmağa cəhd göstərirlər.

Bir müddət əvvəl “dövlət jurnalistə niyə ev verməlidir” kimi mənasız, gülünc çağırışlar edən bəzi münəccimlər indi atılıb düşüblər ortaya ki, bəs filan jurnalistlərin ev almağa haqqı var. Özü də əllərində tərtib etdikləri qondarma “siyahılarla”. Bugünlərdə “qabağa düşən” Əvəz Zeynallı Milli Mətbuat Günündə jurnalistlərə verilməsi planlaşdırılan mənzillərlə bağlı saxta və qondarma “sorğu” keçirib. Ə.Zeynallının keçirdiyi “sorğunun” nəticələrində böyük əksəriyyəti jurnalistikaya aidiyyəti olmayan, daim informasiya təxribatı törətməyə cəhd edən “jurnalistlərin”, sosial şəbəkə trollarının adları əks olunub. Mətbuat Şurasının “qara siyahısı” da əlavə etsək, “siyahı” tamamlanar.

Bu cür halların baş verməsini təbii qarşılayıram. Çünki cəmiyyətdə hər ağılda, hər əqidədə insana rast gəlmək olar və hər kəs öz düşüncəsinə görə davranır, addım atır, nəyəsə qiymət verməyə çalışır. Ancaq jurnalistikada olub, jurnalistlərin maddi vəziyyətini bilib “dövlət jurnalistə niyə ev verməlidir” kimi qərəzli və yersiz çağırış etmək normal, sağlam düşüncə tərzindən uzaqdır. Guya bu zaman jurnalistlər dövlətdən asılı vəziyyətə düşürlər və öz müstəqilliklərini itirirlər. Məsələyə tamamilə qərəzli, qeyri-obyektiv yanaşmadır bu. Dövlətimiz jurnalistlərə hər hansı bir formada dəstək olanda onları siyasi baxışına görə ayırmır. 2013-cü ildə mətbuat işçiləri üçün istifadəyə verilən binadan ev alan jurnalistlərin siyahısına nəzər yetirsək, bir daha bunun şahidi olarıq.

Bəzi xarici dairələrin, casusların əlində alət olmaq yaxşıdır, yoxsa dövlətə, millətə bağlı olmaq? Və ya dövlətçiliyi, ümummilli dəyərləri hər şeydən üstün tutmaq? Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq şərəflidir, yoxsa “müəyən” marağa görə satılmaq? Qarşıya qoyduğum seçimlər arasında yerlə-göy qədər, hətta balaca bir uşağın belə dərk edəcəyi qədər fərq var. Təəssüf ki, öz “seçimini” edən, yanlış yolda yürüyənlər üçün bunu başa düşmək və qəbul etmək çətin olar. Bu, məsələnin bir tərəfi...

Maraqlıdır bir müddət əvvəl dövlətin jurnalistlərə ev verilməsinə qarşı çıxan Ə.Zeynallı görəsən nə oldu ki, əlinə bir “siyahı” alıb düşdü ortaya? Pişik asqırdı? Sözsüz ki, burada pişiyin yox, el misalında deyildiyi kimi pişik kimi ağzı ətə çatmayanların “qəbahəti” böyükdür. Jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edən Komissiya ilk gündən şərtləri açıqladı və bəyan etdi ki, mövcud kriteriyalara uyğun gələn jurnalistlər ev almaq üçün öz namizədliklərini irəli sürə bilərlər. Bu qədər açıq və dəqiq. Şərtləri sadalamaq fikrim yoxdur. Sadəcə onu deyim ki, fəaliyyəti boyu “şəxsi maraqlarının” arxasına düşüb əli özgələrin cibində olan, necə deyərlər, 5 qəpiyə görə hər şey etməyə hazır olan, əqidəsini, peşəsini satan “jurnalistlər” bu layihədən kənarda qaldı. Hesab edirəm ki, tamamilə ədalətlidir. Çünki hər zaman təmiz, obyektiv, əqidəli şəkildə jurnalistika fəaliyyəti ilə məşğul olan insanları “belələri” ilə eyni tərəzinin gözünə qoymaq böyük haqsızlıq olardı məncə. Bu mənada Ə.Zeynallının məlum “sorğusu” əsasında hazırlanan “siyahı” hər şeydən xəbər verir.

Doğrudur, siyahıda adları əks olunan bəzi jurnalistlərin həqiqətən də dövlətin jurnalistlər üçün inşa etdirdiyi binadan mənzil almağa haqları çatır, hətta müəyyən bir hissəsinin namizədlikləri belə onların işlədikləri redaksiya heyəti tərəfindən irəli sürülüb. Mən komissiyanın üzvü kimi iştirak etdiyim bəzi redaksiyalardan bunun şahidi olmuşam. Amma bu onu isbatlayır ki, Ə.Zeynallı bu cür vasitələrlə “sorğuya” ədalət donu geyindirməyə çalışır. Həqiqətən də Ə.Zeynallı ədalətli sorğu keçirmək niyyətində olsaydı, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan, uzun illərdir bu sahədə fəaliyyət göstərən, qələmi ilə medianın inkişafına töhfələr vermiş insanların da adları orada qeyd olunardı. Elə onun “Facebook”da “sorğusu” ilə bağlı edilən paylaşıma yazılan rəylərdən də bəlli olur ki, bu iş sağlam əsaslar üzərində qurulmayıb. Ə.Zeynallının “Facebook”dakı bu “sorğusu” ilə bağlı sosial şəbəkələrdə yazılan rəylər bir daha təsdiq edir ki, bu, qeyri-ciddi müzakirə obyektindən başqa bir şey deyil.

Ə.Zeynallıya heç kəs haqq verməyib ki, Azərbaycan jurnalistləri adından danışsın. Hazırda mətbuat sektorunda bu sahənin inkişafında xüsusi xidmətləri olan insanların “mənzil almağa haqqı yoxdur” demək birbaşa onlara qarşı edilən ədalətsizlik və hörmətsizlikdir. Hesab edirəm ki, qeyri-ciddi “sorğular” keçirib onun əsasında münəccimlik etmək əvəzinə, ciddi jurnalistika ilə məşğul olmaq daha məqsədəuyğundur. Ona görə də sağlam düşüncəli, peşəkar, ictimaiyyət arasında kifayət qədər nüfuzu olan media nümayəndələri bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoymalıdırlar.

Dövlətin bu böyük, möhtəşəm layihəsinə hansısa formada ləkə yaxmağa cəhd etmək ən azı haqsızlıqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edən 9 nəfərdən ibarət Komissiyanın sədri Vüqar Səfərlinin rəhbərliyi ilə daxil olan müraciətlərə ədalətli, şəffaf şəkildə baxılıb və mövcud şərtlərə uyğun gələn sənədlər qəbul edilib. Müraciətlər kifayət qədər çoxdur, lakin mənzillərin sayı məhduddur. Ancaq təəssüflənməyə dəyməz. Hesab edirəm ki, bu layihənin davamı gələcək. Əsas odur ki, bu dəfə mənzil alacaq 255 həmkarımızın xoş gününə sevinəcək qədər böyük ürəyimiz olsun. Bunu bacarmayanlar isə çirkin niyyətlərini ürəklərində saxlasalar daha yaxşı olar. Ta ki, son mənzilə kimi...

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Şəkidə ev yanıb
Şəkidə ev yanıb
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
Loading Bars
Xəbər lenti
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər