...

"ASAN Könüllüləri"nin Binəqədi rayonunda təcrübələri başa çatıb (FOTO)

Cəmiyyət Materials 13 İyul 2017 13:12 (UTC +04:00)

Bakı. Trend:

“ASAN-Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” üzvlərinin Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup “ASAN Könüllüləri”, eləcə də Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.

Tədbir ASAN Könüllüsü Azər Ağayev tərəfindən açıq elan edilib, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və iyulun 4-də erməni vandalizminin qurbanı olan 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Ağayev ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verib.

Sonra ASAN könüllülərindən Səma Tağıyeva, Elmar Kərimov və Elgün Məmmədov çıxış edərək Binəqədi rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışıblar, ötən müddət ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs ediblər və bütün bunlara görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Cahangir Hacıyev ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanıb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. Natiq vurğulayıb ki, ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırıb və gənclərdə də bu sahəyə maraq oyadıb, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlayıblar.

O bildirib ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.

Daha sonra ASAN könüllülərə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti