...

İlan sancan aparıcı evə buraxıldı

Cəmiyyət Materials 17 İyul 2017 16:17 (UTC +04:00)
Beyləqan rayonunda çəkiliş zamanı ilan sancan aparıcı İlqar Mikayıloğlu xəstəxanadan evə buraxılıb.
İlan sancan aparıcı evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Beyləqan rayonunda çəkiliş zamanı ilan sancan aparıcı İlqar Mikayıloğlu xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə İ.Mikayıloğlu özü məlumat verib.

O qeyd edib ki, özünü normal hiss edir: "Özümü yaxşı hiss edirəm, vəziyyətim normaldır. Bakıda klinikada müalicə olundum və evə buraxıldım. İşlərimi davam etdirirəm".

Qeyd edək ki, iyulun 14-də Beyləqan rayonu ərazisində "İlqarla bir gün" verilişinin çəkilişi zamanı verilişin müəllif və aparıcısı İ.Mikayıloğlunun sağ baldır nahiyəsindən ilan sancmışdı. Aparıcıya Beyləqandakı hospitalda ilkin tibbi yardım göstərildikdən sonra o, müalicə üçün Bakıdakı klinikalardan birinə gətirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti