...

Tovuzda iki qızı ilan sancıb

Cəmiyyət Materials 18 İyul 2017 13:47 (UTC +04:00)
Tovuz rayonunda iki qızı ilan sancıb.
Tovuzda iki qızı ilan sancıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda iki qızı ilan sancıb.

Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat veriblər.

Bildirilir ki, hadisə iyulun 17-də axşam saatlarında baş verib. Tovuz rayonunun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızını həyətlərində oynayarkən sağ baldır nahiyəsindən ilan sancıb.

Həmin gün rayonun Əlibəyli kənd sakini, 2001-ci il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı da ilan sancması ilə xəstəxanaya gətirilib.

Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti