...

Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyənlərin diqqətinə

Cəmiyyət Materials 28 İyul 2017 12:42 (UTC +04:00)
Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyənlər xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.
Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyənlərin diqqətinə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında iştirak edən və tələb olunan şərtləri ödəyən abituriyentlər Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühhəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtasları üzrə müsabiqədə iştirak etmək üçün 31 iyul-3 avqust tarixlərində Bakı şəh., Yasamal r-nu, Kazım Kazımzadə, ev 120 A (Gömrük hospitalının yanı) ünvanında yerləşən “AXDG”QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müayinədən uğurla keçən abituriyentlər avqustun 6-dan etibarən ixtisas seçimində iştirak edərək həmin ixtisasları elektron ərizələrində qeyd edə bilərlər.

İxtisas seçimi avqustun 10-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti