...

Turistlərin daha çox üz tutduğu məkanlardan biri Bakı Zooparkıdır (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2017 10:03 (UTC +04:00)
Paytaxtımıza gələn çoxsaylı turistlərin gəzməli-görməli məkan seçimi zəngindir.
Turistlərin daha çox üz tutduğu məkanlardan biri Bakı Zooparkıdır (FOTO)

Bakı. Trend:

Paytaxtımıza gələn çoxsaylı turistlərin gəzməli-görməli məkan seçimi zəngindir. Bu baxımdan istər Bakı sakinlərinin, istərsə də hamının çox sevdiyi yerlərdən biri Bakı Zooparkıdır.

Bakı Heyvanat Parkının direktoru Azər Hüseynov Trend-ə parka gələn turistlərin sayında nəzərəçarpacaq artım olduğunu deyib. O qeyd edib ki, Bakıda zooparka gələn turistlərin, xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb: “Onlar qrup şəklində, ailəvi zooparkımıza gəlirlər və böyük maraq göstərirlər”.

Qeyd edək ki, hazırda zooparkda 1200-dən çox quş və heyvan saxlanılır. Bakıda zooparkın yaradılması ötən əsrin 20-ci illərinə təsaduf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilib və ərazisi 2001-ci ildən sonra genişləndirilib.

Trend Bakı Zooparkında fotoları təqdim edir:

Foto: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti