...

Yunus Oğuzun yeni romanı - "Ovçu"

Cəmiyyət Materials 11 Avqust 2017 13:01 (UTC +04:00)
Bu günlərdə yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi “Ovçu” adlı romanını bitirib.
Yunus Oğuzun yeni  romanı - "Ovçu"

Bakı. Trend:

Bu günlərdə yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi “Ovçu” adlı romanını bitirib.

Trend-in məlumatına görə, yazıçı romanda tarixə sədaqətini saxlayıb, ermənilərin yüz illərlə bizə qarşı apardığı torpaq davasını da müfəssəl təsvir edib.

Əsərdə M.Mirzəyevlə yanaşı, onun ailəsi, şəhid yoldaşları, komandiri, müdafiə naziri və başqalarının, hətta erməni generalları və zabitlərinin də obrazları yaradılıb. Romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti