...

Azərbaycanda 6 ayda 68 mindən çox körpə doğulub

Cəmiyyət Materials 15 Avqust 2017 11:53 (UTC +04:00)
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb.
Azərbaycanda 6 ayda 68 mindən çox körpə doğulub

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 nəfər təşkil edib.

Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, doğulan körpələrdən 1208-i əkiz, 27-si üçəmdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti