...

RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında ümumrespublika "açıq qapı" günü keçirilir (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2017 12:41 (UTC +04:00)
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxananda ödənişsiz tibbi müayinələr keçirilib.
RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında ümumrespublika "açıq qapı" günü keçirilir (FOTO)

Bakı. Trend:

Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxananda ödənişsiz tibbi müayinələr keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumatya görə, saat 09:00-da başlayan müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya, oftalmologiya və digər sahələri əhatə edir.

Xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan sakinlər ödənişsiz müayinələrdən keçirilir və nəticələrdən asılı olaraq müalicələr təyin olunur.

Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji poliklinika şöbəsində ümumi müayinələr avqustun 26-da saat 16:00-dək aparılacaq, uşaqların müayinəsi isə 3 gün davam edəcək.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti