...

Müəllim işləmək istəyənlər üçün ŞAD XƏBƏR

Cəmiyyət Materials 31 Avqust 2017 12:35 (UTC +04:00)
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlər üçün əlavə yerləşdirmə keçirəcək.
Müəllim işləmək istəyənlər üçün ŞAD XƏBƏR

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlər üçün əlavə yerləşdirmə keçirəcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələyə 7 sentyabrdan start veriləcək.

Müraciət edənlərin seçimləri sentybarın 7-8-də aparılacaq. Sonrakı bir neçə gün ərzində nəticələr elan ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

Müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

Ümumilikdə bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

Xəbər lenti

Xəbər lenti