Bakı. Trend:
Binəqədi gəncləri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə verilən məlumata görə, RİH Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində olublar.
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdiklərini bildirib, onların adının hər zaman xatırlandığı və uca tutulduğunu vurğulayıblar.
Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə onları təbrik edib, onlara can sağlığı, firavan həyat, bol ruzi arzulayıblar.