...

Tovuzda fəhlə işləyən Gəncə sakinini ilan sancdı

Cəmiyyət Materials 13 Sentyabr 2017 12:25 (UTC +04:00)
Tovuz rayonunda fəhləni ilan sancıb.
Tovuzda fəhlə işləyən Gəncə sakinini ilan sancdı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda fəhləni ilan sancıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon ərazisində fəhlə işləyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Anar Şakir oğlu Hüseynovu Kür çayının kənarında iş görərkən ilan sancıb.

O, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, A.Hüseynovu gürzə ayağından sancıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti