...

Milli Məclisin simulyasiyası keçiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2017 19:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq “Könüllülər Parlamenti Azərbaycan” layihəsinə növbəti dəfə start götürür.

Trend-in məlumatına görə, 4 gün ərzində Şamaxıda şəhərində baş tutacaq layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq öz siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.

Layihənin əsas məqsədi gəncliyin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır.

Qeyd edək ki, “Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunacaq. Seçiləcək 80 nəfər gənc Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak etmək üçün Şamaxı şəhərinə səfər edəcəklər. Eyni zamanda gənclər layihənin gedişi zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, müxtəlif sosial aksiyalarda iştirak edəcəklər.

Layihəyə seçiləcək şəxslər 6-8 oktyabr tarixlərində siyasi analitiklər, politoloqlar və millət vəkilləri tərəfindən qoyulmuş mövzularla bağlı xüsusi təlimlərə qatılacaqlar.

Təlimlərdən sonra 10 oktyabrda iştirakçılar öyəndikləri mövzuları yetərincə mənimsədiklərini nümayiş etdirmək üçün yazılı formada onlara təqdim olunmuş mövzuları öz subyektiv yanaşmalarına əsasən təqdim edəcəklər. Burada analiz qabiliyyətləri ilə seçiləcək şəxslər Şamaxı şəhərində baş tutacaq simulyasiyada iştirak hüququ qazanacaqlar.

“Könüllülər Parlamenti Azərbaycan” layihəsinin iştirakçısı olmaq istəyən gənclər keçiddən qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti

Xəbər lenti