...

Mədət Quliyev: Müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub

Cəmiyyət Materials 24 Sentyabr 2017 12:34 (UTC +04:00)
Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar
Mədət Quliyev: Müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub

Bakı. Elçin Mehdiyev – Trend:

Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: "Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti